cümə axşamı 19 mart 2026 - 05:40
Şəhid Laricani etdiyi bütün xidmətlərinin bəhrəsini uca Allahdan aldı

Şəhid doktor Laricani öz şəxsiyyətində dindarlığ və siyasət, həmçinin, elm və əməli birləşdirmişdi və bütün bu xidmətlərin mükafatını öz rəbbindən aldı. İnşallah, onun yolu əziz gənclər tərəfindən qüvvət və güclə davam etdiriləcəkdir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Nuri Həmədani İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricaninin  şəhid olması ilə bağlı onun qardaşına başsağlığı verib. 

Başsağlı məktubunda deyilir: 

Bağışlayan və mehriban Allahın adı ilə 

Hörmətli həzrət Ayətullah Amuli Laricani!

Hörmətli cənab Əli Laricaninin (Allah rəhmət eləsin) və onun əziz övladının şəhadəti münasibətilə Zati‑alinizə, bütün möhtərəm ailə üzvlərinə və İran İslam Respublikasının əziz xalqına dərin başsağlığımı bildirirəm.

Bu dahi şəxsiyyətin itkisi cəmiyyətimiz üçün böyük bir zərərdir. O, müdrik və uzaqgörən nadir simalardan idi. Danışığında təmkin və müdriklik, davranışında yüksək ədəb və ləyaqət, həmçinin İran İslam Respublikasının müxtəlif mərhələlərində qazandığı zəngin və uğurlu idarəçilik təcrübələri, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sıralarında fəaliyyətindən başlayaraq Mədəniyyət Nazirliyinin əməkdaşı, Milli Televiziya və Radio Yayımları Şirkətinin başçısı (Seda və Sima), eləcə də İslam Şurası Məclisinin sədri və İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi olması onun xalq arasında hörmət və rəğbət qazanan, səmimi və etibarlı bir siyasətçi kimi tanınmasına səbəb olmuşdur. O, heç vaxt hadisələr qarşısında geri çəkilməmiş, çətinliklər və biganəliklər qarşısında səbir göstərmiş və hər bir şəraitdə dini vəzifəyə əməl etməyi öz fəaliyyətinin əsas meyarı hesab etmişdir.

Mən inanıram ki, o, bütün bu xidmətlərin mükafatını öz Rəbbindən almış və ən bədbəxt insanların əli ilə şəhadət məqamına yüksəlmişdir. İnşallah, onun yolu əziz gənclərimiz tərəfindən daha böyük əzm və qüvvə ilə davam etdiriləcəkdir.

Bütün şəhidlərimizin, xüsusilə də şəhid Ayətullah Seyid Əli Xameneinin əziz xatirəsini ehtiramla yad edir, elmi hövzənin seçkin və dəyərli şəxsiyyətlərindən biri olan Zati‑aliniz üçün uca Allahdan müvəffəqiyyət və can sağlığı diləyirəm.

26 esfend 1404

18 mart 2026-cı il 

Ayətullah Hüseyn Nuri Həmədani

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha